“Murov AZ Terminal”dan tarixi qələbə: Avropa kubokunu qazanıb - FOTO

Xəbərlər
8 Oktyabr 2023 20:47
“Murov AZ Terminal”dan tarixi qələbə: Avropa kubokunu qazanıb - FOTO

İlk dəfə təşkil olunan çimərlik voleybolu üzrə Avropa kuboku başa çatıb.

İdman.biz saytı xəbər verir ki, Azərbaycan idmançıları kubokun qalibi olublar.

Türkiyənin Balıkəsir şəhərində keçirilən turnirdə “Murov AZ Terminal” finalda “Ankara Lisesi Spor” klubu ilə qarşılaşıb. İlk görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Komandalar arasnda baş tutan qarşılaşmada voleybolçularımız hesabı bərabərləşdiriblər. Nəticədə qalib “qızıl set”də müəyyənləşib. Daha yaxşı çıxış edən “Murov AZ Terminal” ilk Avropa kubokuna sahib çıxıb.

Final

“Murov AZ Terminal” - “Ankara Lisesi Spor” - 0:2 (10:21, 25:27)
“Murov AZ Terminal” - “Ankara Lisesi Spor” - 2:0 (21:12, 21:13)

Qızıl set 15:10

İdman.biz