Çimərlik voleybolunda 6 oyun, 3 qələbə

Xəbərlər
5 Oktyabr 2023 21:06
Çimərlik voleybolunda 6 oyun, 3 qələbə

Çimərlik voleybolu tarixində ilk dəfə Avropa Kubokuna start verilib.

İdman.biz xəbər verir ki, Türkiyənin Balıkesir şəhərinin ev sahibliyi etdiyi yarışda Azərbaycan klubları A qrupunda mübarizə aparır.

Fidan Əhmədxanova, Larisa Smeltsova, Olqa Motriç və Adelya Axmetovadan ibarət “Azerreyl” ilk gündə dörd oyun keçirib. Təmsilçimiz “Re Beach Club” (Fransa) və “Bergstrand BV” (Avsriya) klublarının hərəsi ilə iki dəfə üz-üzə gəlib.

Oleq Stoyanovski, İlya Leşukov, Vadim Kutukov, Vüqar Bayramov, Ülvi Rəcəbli, Heydər Məmmədlidən ibarət “Murov AZ TERMİNAL”ın ilk turda “Beachbol La Malva” (İspaniya) komandası ilə qüvvəsini sınayıb.

Oyunların nəticəsi
Qadınlar

“Azərreyl” - “Bergstrand BV” (Avstriya) - 0:2 (17:21, 16:21)
“Azərreyl” – “Bergstrand BV” (Avstriya) - 2:0 (21:9, 21:18)
“Re Beach Club” (Fransa) - “Azərreyl” - 0:2 (18:21; 10:21)
“Azərreyl” - “Re Beach Club” (Fransa) - 0:2 (6:21, 9:21)

Kişilər
“Murov AZ TERMİNAL” - “Beachbol La Malva” (İspaniya) - 2:0 (21:10, 21:6)
“Beachbol La Malva” (İspaniya) – “Murov AZ TERMİNAL” - 2:0 (21:8, 21:8)

İdman.biz