Vadim Kutukov və Heydər Məmmədli cütlüyü Mersində 4-cü olublar

Xəbərlər
1 Oktyabr 2023 17:56
Vadim Kutukov və Heydər Məmmədli cütlüyü Mersində 4-cü olublar

Çimərlik voleybolu üzrə “Bioderma Pro Beach Tour" açıq çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, Türkiyənin Mersin şəhərində təşkil olunan yarışda iştirak edən cütlərimizdən Vadim Kutukov və Heydər Məmmədli 32 komanda arasında dördüncü olublar.

Vüqar Bayramov - Ülvi Rəcəbli cütülüy yarışın 1/4 final mərhələsində, Fidan Əhmədxanova - Larisa Smeltsova dueli isə 1/8 finalda mübarizəni dayandırıblar.

Çimərlik voleybolçularımız oktyabrın 3-də Türkiyənin digər şəhərinə - Balıkesirə yola düşəcəklər. Burada onlar CEV klublararası Avropa Kubokunda (Beach Volley European Cup) öz qüvvələrini sınayacaqlar.

İdman.biz