“Açığını deyim ki, oyunçularımdan, ümumiyyətlə, matçdan heç də razı qalmadım”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının VI turu çərçivəsində "Gəncə"yə 85:80 hesabı ilə qalib gələn "Neftçi"nin baş məşqçisi Anar Sarıyev deyib.
O bildirib ki, qələbə qazansalar da, müdafiədə çox pis oynayıblar: “Hücumda da istədiyimizi tam edə bilmədik. Təbii ki, bu səhvlər üzərində ciddi işləməliyik. Növbəti görüşlərdə bu cür səhvlərə yol verməməliyik. Bütün bunlara baxmayaraq, qələbə qazandıq. Birinci gündən NTD-INDIQO ilə oyuna ciddi hazırlaşacağıq. Çox güclü rəqibdir. Ona görə də çox çətin oyun olacaq. Ancaq əlimizdən gələni edəcəyik ki, növbəti qələbəmizi qazanaq."
Qeyd edək ki, VI turdan sonra “Neftçi” 11 xalla liderlər qrupunda yer alıb.
İdman.biz