Azərbaycan klubunun yeni transferinin başına iş gəlib, ABŞ-da qalıb

Xəbərlər
30 Noyabr 2023 10:08
283
Azərbaycan klubunun yeni transferinin başına iş gəlib, ABŞ-da qalıb

"Xırdalan" basketbol klubu qeyri-adi halla üzləşib.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçinin müqavilə imzaladığı amerikalı Deymon Mak Dovell Bakıya gəlib çıxa bilməyib.

Razılığa əsasən, 25 yaşlı oyunçu VI turda "Xəzri" ilə matçın hazırlıqlarına qatılmalı idi. Amma ona ölkəmizə gəlmək qismət olmayıb. Deymon səfər öncəsi məşqdə zədələndiyini və mövsümün böyük hissəsinin onun üçün bitdiyini bildirib. Bu səbəbdən də müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, Deymon ötən mövsüm də “Xırdalan”da oynayıb. Lakin sonradan vətəninə qayıtmışdı və bir müddət sonra yeni müqavilə üçün danışıqlar müsbət yekunlaşmışdı.

Emin Ağa
İdman.biz