Beynəlxalq Basketbol Federasiyasının (FİBA) mənzil-qərargahında Paris-2024 Olimpiadasının seçmə mərhələsinin püşkatması keçirilib.
İdman.biz xəbər verir ki, 4 seçmə mərhələsinin hər birində 6 komanda iki qrupda mübarizə aparacaq.
A və B qruplarının qalibləri finalında üz-üzə gələcəklər və qələbə qazanacaq komanda Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək. Mini-turnirlər Yunanıstan, Latviya, Puerto-Riko və İspaniyada təşkil olunacaq. Oyunlar gələn il iyulun 2-7-də baş tutacaq.
İspaniya turniri:
A qrupu: Livan, Anqola, İspaniya.
B qrupu: Finlandiya, Polşa, Baham adaları.
Latviya turniri:
A qrupu: Gürcüstan, Fillipin, Latviya.
B qrupu: Braziliya, Kamerun, Monteneqro.
Yunanıstan turniri:
A qrupu: Sloveniya, Yeni Zelandiya, Xorvatiya.
B qrupu: Misir, Yunanıstan, Dominikan Respublikası.
Puerto-Riko turniri:
A qrupu: Meksika, Fil Dişi Sahili, Litva.
B qrupu: İtaliya, Perto-Riko, Bəhreyn.
İdman.biz