“Neftçi”nin baş məşqçisi: “Layiqli qələbə qazandıq”

Xəbərlər
25 Noyabr 2023 23:12
277
“Neftçi”nin baş məşqçisi: “Layiqli qələbə qazandıq”

"Əvvəla, oyunçularımı və hər kəsi qələbə münasibətilə təbrik edirəm. Uşaqların hər birinə əzimkar mübarizəyə görə sağ ol demək istəyirəm”.

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Anar Sarıyev "Sabah"a (96:93) qalib gəldikləri oyundan sonra deyib.

Sarıyev Aəzrbaycan çempionu ilə oyunda komandanın əsil xarakter nümayiş etdirdiyini bildirib: “Oyundan əvvəl biz basketbol yox, xarakterimizi, istəyimizi ortaya qoymalı olduğumuzu demişdim. Uşaqlara təşəkkür edirəm, onlar verilən tapşırıqların hamısını uğurla yerinə yetirdilər. Zədəli oyunçularımız olduğu üçün bu görüşdə cəmi 7 nəfərin xidmətindən istifadə edə bildik. Əsas basketbolçularımızdan Maykl Karter, Zaur Quşanov zədəli idilər. Emil zədəli olduğu halda oynadı və çox yaxşı təsir bağışladı. Heç kimi ayırmaq istəmirəm, hər kəs oyunda bacarığını qoydu və layiqli qələbə qazandıq. Biz növbəti “Gəncə” ilə qarşılaşacağıq. İnanıram ki, orada da yaxşı çıxış edəcəyik".

Qeyd edək ki, bu qələbədən sonra “Neftçi” 9 xalla liderliyə yüksəlib.

İdman.biz