Azərbaycan millisinin üzvü MVP seçilib

Xəbərlər
27 İyul 2025 22:34
40
Azərbaycan millisinin üzvü MVP seçilib

Azərbaycan millisinin üzvü Aleksandra Mollenhauer 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin ən dəyərli oyunçusu (MVP) seçilib.

İdman.biz xəbər verir ki, yarışın qalibi olan komandamızın heyətində həmçinin Arika Karter, Brianna Freyzer və Dina Ulyanova da çıxış edib.

Qeyd edək ki, Ratomir Deliçin baş məşqçisi olduğu yığma qrupda Çexiyaya 20:12 və Slovakiyaya 21:8, 1/4 finalda Çinə 18:12, yarımfinalda "CS Rapid" komandasına 21:15 və finalda Latviyaya 15:12 hesabları ilə qalib gəlib.

İdman.biz

Məqalədə: