Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsində təsnifatın qalibləri bəlli olub.
İdman.biz xəbər verir ki, İtaliya və Misir yığmaları əsas raunda vəsiqə qazanıb.
İtaliya A qrupunda Rumıniyanı 21:14, Madaqaskarı 21:15 hesabı ilə məğlub edib. Apennin təmsilçisi əsas mərhələnin C qrupunda Tailandla Latviyaya rəqib olub.
Misir isə B qrupunda Qazaxıstanı 22:9, “Roma”nı 21:19 hesabı ilə üstələyib. Afrika təmsilçisi əsas mərhələnin D qrupunda Filippin və Avstriya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yığması A qrupunda Niderland və “Praqa” ilə eyni qrupda mübarizə aparacaq.
İdman.biz