3x3 basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev Bakıda keçirilmiş dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışın səbəblərini açıqlayıb.
İdman.biz xəbər verir ki, oyunçu bu barədə "Report"a açıqlama açıqlama verib.
O, çətin qrupda yer aldıqlarını bildirib: "Çətin qrupa düşmüşdük. Bu, reytinqə görə belə oldu. Qrupumuzdakı iki komanda növbəti raunda vəsiqə qazandı. Nəzər Quliyev və Kamran Məmmədovun bu növdə ilk yarışı idi. Normal basketboldan sonra buna uyğunlaşmaq bir az çətindir. Bunu qadınlardan ibarət millimizin timsalında da gördük. Avropa çempionatının seçmə mərhələsinə hazırlaşacağıq. Serbiyaya təlim-məşq toplanışına yollanacağıq. Ümid edirəm ki, növbəti yarış daha fərqli olacaq".
Qeyd edək ki, Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədovdam ibarət Azərbaycan millisi B qrupunda Kanada (7:12) və Böyük Britaniya (12:21) yığmalarına uduzaraq pley-offdan kənarda qalıb.
İdman.biz