Noyabrın 4-də Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turu çərçivəsində "Cəlilabad" doğma azarkeşləri önündə "Neftçi" klubu ilə qarşılaşacaq.
İdman.biz xəbər verir ki, Azərbaycanın basketbol məbədlərindən sayılan Cəlilabad şəhərinin yerli basketbolsevərləri ilk dəfə olaraq öz doğma klublarının oyununu canlı izləyə biləcəklər.
Bu görüşü önəmli edən digər maraqlı məqam isə yığmaya başda klubun kapitanı Zaur Paşayev olmaqla, bir sıra oyunçular bəxş etmiş 62 yaşlı Şəhriyar Əsgərovun öz doğma şəhərində ilk rəsmi çempionat matçına çıxması olacaq.
Qeyd edək ki, Cəlilabad Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşma saat 14:00-da start götürəcək və federasiyanın rəsmi youtube kanalı vasitəsilə yayımlanacaq.
İdman.biz