"Nəticəyə görə azarkeşlərdən üzr istəyirik”.
İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Boban Mitev deyib.
Şimali makedoniyalı mütəxəssis FİBA Avropa kubokunda II turda “Baxçaşəhər Kolleci” ilə oyunu şərh edib. O, evdə məğlub olmalarının səbəbini açıqlayıb: “İlk hissədə hücumda səhvlərimiz oldu. “Baxçaşəhər Kolleci” kimi rəqibə qarşı oyunda bu cür səhvlər qəbul edilməzdir. 4-cü periodda aradakı xal fərqini azalda bildik. Düşünürəm ki, hesab oyuna görə olmadı".
Qeyd edək ki, “Sabah” 65:83 hesabı ilə uduzub.
İdman.biz