Azərbaycan 1/4 finalda, rəqib "Barselona Panters" olacaq - YENİLƏNİB

Xəbərlər
2 İyun 2024 23:39
653
Azərbaycan 1/4 finalda, rəqib "Barselona Panters" olacaq - YENİLƏNİB

Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsi start götürüb.

İdman.bizin Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, turnirin açılış matçında iki Azərbaycan təmsilçisi üz-üzə gəlib.

Azərbaycan - "Baku Flames" görüşü millinin inamlı qələbəsi ilə başa çatıb. Yığmamız qrup mərhələsini 3-cü pillədə başa vurub. Komandamız 1/4 finalda "Barselona Panters"lə qarşılaşacaq. Bu görüşün qalibi yarımfinalda Portuqaliya ilə rəqib olacaq.

Qeyd edək ki, pley-off oyunları sabah keçiriləcək.

Təqvim
2 iyun
I tur
A qrupu

16:30. Azərbaycan – "Baku Fleyms" - 21:6
17:20. Portuqaliya – "Varşav Lotto" - 13:12
B qrupu
16:55. Polşa - "Barselona Panters" - 21:14
17:45. İtaliya - Rumıniya - 20:11

II tur
A qrupu

18:10. "Baku Fleyms" – "Varşav Lotto" - 5:21
19:00. Azərbaycan – Portuqaliya - 13:21
B qrupu
18:35. "Barselona Panters" – Rumıniya - 21:15
19:25. Polşa – İtaliya - 14:16

III tur
A qrupu

20:00. Portuqaliya – "Baku Fleyms" - 21:2
20:50. "Varşav Lotto" – Azərbaycan - 21:16
B qrupu
20:25. İtaliya – "Barselona Panters" - 14:21
21:15. Rumıniya – Polşa - 18:21

3 iyun
1/4 final

17:00. "Barselona Panters" – Azərbaycan
17:25. "Varşav Lotto" – İtaliya

1/2 final
18:00. A1 – B2/A3
18:25. B1 – A2/B3

Final
19:20. 1-ci yarımfinalın qalibi – 2-ci yarımfinalın qalibi

Emin Ağa
İdman.biz