Litvada təlim-məşq toplanışında olan “Sabah” basketbol klubu yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.
İdman.biz xəbər verir ki, komandanın rəqibi yerli çempion - ölkəni Avroliqada təmsil edən Kaunasın "Jalgiris" klubu olub. Görüş litvalıların 75:58 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Sabah” Litva toplanışında ilk yoldaşlıq görüşündə yerli “Nevezis”ə 102:82 hesabı ilə qalib gəlib. Komanda qarşıdan gələn mövsümə optimal hazırlaşmaq üçün bir sıra yoldaşlıq oyunları keçirəcək.
İdman.biz