“Yarımfinal hər iki komanda üçün önəmlidir. 3 gün sonra da final oyunu var”.
İdman.biz xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya deyib.
Türkiyəli mütəxəssis Azərbaycan kubokunun yarımfinalında “Neftçi” ilə oyun öncəsi fikirilərini açıqlayıb. O bildirib ki, finala yüksəlmək üçün əllərindən gələni edəcəklər: “Kuboka görə hazırlaşdıq, limitə görə məşq etdik. Rəqibin bütün hücum və müdafiə planına baxmışıq, ona görə məşqlər etmişik. Bu çətin oyunda qalib gəlməyə çalışacağıq. Rəqib güclü məşqçi heyətinə sahibdir, yaxşı yerli oyunçuları var. Biz də öz gücümüzə görə mübarizə aparacağıq. Komandamız üçün həlledici qarşılaşmadır. Sona qədər ən yaxşısını etməyə çalışmalıyıq ki, Azərbaycan basketbolu da bu oyundan qazansın. Azarkeşlər üçün yaxşı matç olacağına ümid edirik”.
Qeyd edək ki, “Sərhədçi” – “Neftçi” matçı saat 19:30-da start götürəcək. Saat 16-da başlayacaq digər yarımfinal qarşılaşmasında NTD-İNDİQO “Xəzri” ilə üz-üzə gələcək.
İdman.biz
