Evren Alkaya: “Necə dəyişikliklər edə biləcəyimizi anladıq”

28 Mart 2024 15:15
582
Evren Alkaya: “Necə dəyişikliklər edə biləcəyimizi anladıq”

“İstanbulda səhərlər məşq, axşamlar oyun olmaqla, 10 gün təlim məşq toplanışı keçdik”.

İdman.biz xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan basketbol millilərinin baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis ölkəsində U-14, U-16 və U-18 millilərimizin hazırlığını dəyərləndirib. O bildirib ki, toplanış onlar üçün uğurlu keçib: “İstanbul çempionu “Qalatasaray”ı məğlub etdik. Oynadığımız bütün komandalar İstanbul A Liqası komandaları idi. Bursa, Sakarya təmsilçiləri ilə də oynadıq. Çox ciddi təlim-məşq toplanışı keçdik. Komandalarımızın səviyyəsini gördük. Nələr etməli olduğumuzu, necə dəyişikliklər edə biləcəyimizi anladıq. Oyunlarda bu, daha önəmlidir. Çox faydalı oldu”.

Alkaya əlavə edib ki, gələcək üçün planladıqları U-14 komandası da tam fərqli bir oyun keçirib: “Onlardan da uğurlu çıxış gördük. Ümid edirik ki, toplanış bizim basketbolçularımız üçün faydalı olacaq. Avropa çempionatına hazırlığı davam etdirəcəyik”.

Qeyd edək ki, milli komandalarımız Türkiyədəki təlim-məşq toplanışında 15 oyuna çıxıb. Millilərimiz bu matçların cəmi 1-də məğlub olublar.

İdman.biz

Məqalədə: