Teymur Hüseynov: “Üçlük" ata bilmədik və səhvlər sıralandı”

Xəbərlər
26 Mart 2024 20:48
248
Teymur Hüseynov: “Üçlük" ata bilmədik və səhvlər sıralandı”

"Bərabər səviyyəli oyun izlədik. Sadəcə, biz yenə də səhvlərdən əziyyət çəkdik”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt” basketbol klubunun baş məşqçisi Teymur Hüseynov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan kubokunun qrup mərhələsində “Xırdalan”a məğlubiyyətə şərh verib: “Basketbolçulardan razıyam. Amma bu qədər səhvlər yersizdir. Oyunun sonlarında dəqiq "üçlük" ata bilmədik və nəticədə səhvlər sıralandı. Bu gün zədə səbəbindən əsas snayperimiz Lenard Diksonun xidmətindən yararlana bilmədik. Kamran İmanovun da səhhətində problemlər var idi. İlk hissədə Roderik Smitin də oyunu alınmadı. İki nəfər qarşını kəsəndə ötürmə etməlisən, nəticədə, o, atışlara üstünlük verdiyindən uğursuz oldu. Bütün diqqətimizi qarşıdakı "Xəzri" matçına yönəltməliyik. Pley-offa vəsiqə qazanmaq üçün həmin oyunda mütləq qalib gəlməliyik. Sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, “Sumqayıt” “Xırdalan”a 83:89 hesabı ilə məğlub olub. Komanda Azərbaycan kubokunda keçirdiyi hər 4 oyunda uduzub.

İdman.biz