“Oyuna yaxşı başladıq, sonra ənənəvi xəstəliyimiz baş qaldırdı”.
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt" basketbol klubunun baş məşqçisi Teymur Hüseynov deyib.
Təcrübəli mütəxəssis böyük xal böyük üstünlüyünü əldən verdiklərin görə, təəssüflənib: "30 xal öndəyik, sonra bu göstərici 20-yə düşür, sonra 10-a... Şəxsi görüşlərdə biz onlardan üstün olmalı idik, bu imkanı əldə etmişdik də, amma əldən çıxardıq. İstənilən halda, qələbəyə görə uşaqlara təşəkkür edirəm. Sadəcə, sonluq xoşuma gəlmədi. Yenə də fərdi oyuna üstünlük verdik. Mudafiədə bərbad oynadıq. Dayanıb rəqibə baxırıq. Oyuna 5 dəqiqə əlavə olunsa idi, bilmirəm nə olacaqdı. Bircə bu qəfil dayanmağımiz olmasaydı. Pley-offa vəsiqə uğrunda mübarizə aparacağıq. Şans həmişə var".
Qeyd edək ki, "Sumqayıt" “Cəlilabad”ı 109:99 hesabı ilə məğlub edib.
İdman.biz