Qriffin Remmi: “Azərbaycan çempionatında heç kimdən qorxmuruq” - MÜSAHİBƏ

Müsahibə
26 Yanvar 2024 10:50
333
Qriffin Remmi: “Azərbaycan çempionatında heç kimdən qorxmuruq” - MÜSAHİBƏ

NTD-İNDİQO-nun basketbolçusu Qriffin Remmi klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, amerikalı legioner komandanın hədəflərindən və ölkə çempionatının növbəti turunda “Gəncə”yə qarşı matçdan danışıb.

- Ölkə çempionatının XI turunda komanda "Sabah"a məğlub oldu. Görüşdə uduzmağınızı nə ilə əlaqələndirərdiz?

- "Sabah"la oyundan sonra ikili hisslər keçirirəm. Bir tərəfdən, qələbə qazana bilmədiyimizə görə məyusuq. Digər tərəfdən, oyunda göstərdiyimiz cəsarət və xarakterlə fəxr edirəm. Bu mövsüm üçün böyük gözləntilərimiz var. Hər oyunda rəqibin kimliyini deyil, qalib gəlmək şansımızın olduğunu başa düşürük. Bu, bizim üçün yaxşı təcrübə idi.

- Qarşıda "Gəncə" ilə oyun var. Şansları necə qiymətləndirirsiniz?

- Mövsümdə çox vacib bir mərhələ başlayır. Növbəti üç oyun pley-off uğrunda mübarizə baxımından çox vacibdir. Cared və Elşad Şirzadovun yoxluğunda işimiz daha da çətinləşir.

- "Gəncə" çempionatın ən güclü komandası deyil, amma evdə inamlı oynayır…

- "Gəncə" çox təhlükəli rəqibdir. Bu oyuna ciddi yanaşmasaq, nəticəsi heç də yaxşı olmayacaq. Rəqibin turnir cədvəlindəki mövqeyi bizi aldatmamalıdır, çünki son matçlarda yaxşı təsir bağışladılar. Onların məşqçisi yaxşı iş görür. "Gəncə" çox ciddi rəqibdir.

- Çempionatın vacib mərhələsinin başladığını dediz. Klubların durumunu necə qiymətləndirirsiniz və onlar arasında hansı komandanı əsas rəqib kimi görürsüz?

- Çempion “Sabah” həmişə xüsusi hörmətə layiqdir, çünki onlar istədiyimizə nail olublar. Ancaq heç kimdən qorxmuruq. Biz heç bir komandaya əsas rəqib kimi baxmırıq. Sona qədər mübarizə aparırıq. Məşqdə tam güclə işləməsək, titul şansımız yoxdur. Amma çalışsaq, çempion olarıq.

İdman.biz

Məqalədə: