Millimiz Olimpiya Təsnifat Turnirinə hazırlığı Serbiyada keçəcək - VİDEO

18 Yanvar 2024 12:32
576
Millimiz Olimpiya Təsnifat Turnirinə hazırlığı Serbiyada keçəcək - VİDEO

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin Olimpiya Təsnifat Turnirinə hazırlıq proqramı bəlli olub.

Bu barədə İdman.bizin studiyasının qonağı olan ABF-nın baş katibi Vüqar Əzimov açıqlama verib.

O bildirib ki, yığma təlim-məşq toplanışına fevralın 15-də start verəcək. Komanda məşqləri Serbiyada keçəcək. Əzimovun sözlərinə görə, bu ölkənin seçilməsinin xüsusi səbəbi var: “3X3 basketbolun vətəni Serbiyadır. Novı-Sad şəhərinin komandaları isə inanılmaz güclüdürlər. Bütün önəmli ölkələrin komandaları bura toplaşırlar. Seçimimizdə bu amil rol oynadı”.

Qeyd edək ki, Azərbaycan millisi Olimpiya Təsnifat Turnirində yeganə vəsiqə uğrunda Honkonq, Macarıstan, Niderland, Polşa, Misir, Monqolustan və Çili ilə mübarizə aparacaq. Yarışın aprelin əvvəllərində keçiriləcəyi gözlənilir.

Emin Ağa

İdman.biz