Millimizin sabiq oyunçusu “makler”lik edir - VİDEO

Xəbərlər
18 Yanvar 2024 11:37
1 247
Millimizin sabiq oyunçusu “makler”lik edir - VİDEO

Azərbaycan millisinin sabiq basketbolçusu Aleksandr Rındinin indi fəaliyyət göstərdiyi sahə bəlli olub.

Bunu İdman.bizin studiyasının qonağı olan Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov açıqlayıb.

O bildirib ki, NBA-da oynamağa yaxın olan yeganə azərbaycanlı basketbolçu ev alqı-satqısı ilə məşğuldur. NBA-nın draftına düşən təmsilçimiz indi “makler” fəaliyyəti göstərir.

Əzimov 225 sm boya malik istedadın karyerasını zədə səbəbindən bitirdiyini bildirib: “Fikrimcə, Azərbaycanda olub NBA-da oynaya biləcək yeganə basketbolçu Aleksandr Rındin idi. O, hazırda Rusiyanın Tümen şəhərində yaşayır. Ötən il onunla danışmışdım. Hətta 2020-21-ci illərdə onu milliyə çağırmaq istədik. Təəssüflər olsun ki, artıq basketbolla vidalaşıb. Hazırda ev alqı-satqısı ilə məşğuldur. Rındin Rusiyada oynadığı zaman ciddi zədə aldı. O, həmin zədədən sonra uzun müddət özünə gələ bilmədi”.

Qeyd edək ki, 2004-12-ci illərdə millimizin şərəfini qoruyan basketbolçu 2005-ci ildə NBA-nın draftına düşüb, amma heç bir klub tərəfindən seçilməyib. Karyerasını 30 yaşında bitirən Rındinin son klubu 2011-15-ci illərdə oynadığı Rusiya təmsilçisi “Universitet-Yuqra Surqut” olub.

Emin Ağa
İdman.biz