Azərbaycan Basketbol Liqasında bu gün VII turun növbəti qarşılaşmaları keçiriləcək

Xəbərlər
16 Noyabr 2025 11:00
27
Azərbaycan Basketbol Liqasında bu gün VII turun növbəti qarşılaşmaları keçiriləcək

Azərbaycan Basketbol Liqasının VII turunda daha üç matç baş tutacaq.

İdman.Biz xəbər verir ki, həm A, həm də B qruplarında önəmli oyunlar azarkeşlərin diqqətində olacaq.

Günün ilk görüşləri saat 14:00-da başlanacaq. A qrupunda “Gəncə” “Abşeron Lions”la, B qrupunda isə “Ordu” komandası “Quba” ilə üz-üzə gələcək.

A qrupunun digər qarşılaşması NTD ilə “Sabah” arasında saat 18:00-da start götürəcək.

Turun “Şəki” – “Neftçi” matçı isə qeyri-müəyyən müddətə təxirə salınıb.

Bundan əvvəl keçirilmiş görüşlərdə “Lənkəran” “Sərhədçi”ni 83:78, “Naxçıvan” isə “Sumqayıt”ı 116:99 hesabı ilə məğlub edib.

İdman.Biz