16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təlim-məşq toplanışına start verib.
İdman.biz xəbər verir ki, hazırlıqlar türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərliyi ilə İstanbulda keçirilir.
Azərbaycan U-16 yığması yoxlama oyununda qüvvəsini sınayıb. Millimiz yerli "Daçka Şerifali" U-16 komandası ilə qarşılaşıb. Görüş azərbaycanlı basketbolçuların 68:36 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, dekabrın 19-dək davam edəcək təlim-məşq toplanışında yığma bir neçə yoxlama oyunu keçirəcək.
İdman.biz