“Oyuna pis başladıq. Rəqib müdafiəmizdəki səhvlərdən istifadə edərək bizi cəzalandırdı.”
İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçi əvəzi Nikola Bozinovski deyib.
Azərbaycan çempionatını 7-ci turunda "Şəki"ni məğlub edən paytaxt klubunun çalışdırıcısı qələbəni belə şərh edib: “Lakin vəziyyəti düzgün təhlil edib, geridönüş etməyi bacardıq. Müdafiədə daha yaxşı təsir bağışlamağa başladıq və sona kimi oyunun gedişatına nəzarət etdik".
Qeyd edək ki, “Sabah” səfərdə “Şəki”yə 101:76 hesabı ilə qalib gəlib.
İdman.biz