Debütantdan 2 transfer

Xəbərlər
10 Dekabr 2023 12:46
465
Debütantdan 2 transfer

“Xəzri” heyətini 2 basketbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, debütant amerikalılar Aubri Makalpayn və Makol Mavyeni rənglərinə bağlayıb.

196 sm boya malik olan amerikalı ilə mövsüm sonunadək müqavilə imzalanıb. O, bundan öncə Gürcüstanın “Olimpi Tbilisi” klubunda çıxış edib.

208 sm boya malik Mavyeni isə FİBA Avropa kubokunda “Sabah”ın rəqibi olmuş Monteneqro “Mornar”ından gəlib.

Qeyd edək ki, “Xəzri” VII turdan sonra 13 xalla turnir cədvəlinin ikincisidir.

İdman.biz