"Sabah" Şəkidə qələbə qazanıb - VİDEO

Xəbərlər
10 Dekabr 2023 13:46
502
"Sabah" Şəkidə qələbə qazanıb - VİDEO

Bu gün basketbol üzrə Azərbaycan çempionatında VII turda yekun vurulub.

İdman.biz xəbər verir ki, turun son matçında “Şəki” “Sabah”ı qəbul edib.

Azərbaycan çempionu görüşün aşkar favoriti olsa da, oyuna meydan sahibləri daha yaxşı başlayıblar. İkinci periodun ortasına kimi hesabda irəli olan “Şəki” tədricən üstünlüyü əldən verib. "Sabah"ın təcrübəli basketbolçuları dəqiq atışlarla fərqi artırıblar.

25 xal fərqi ilə qələbə "Sabah"ı 1-ci pilləyə yüksəldib.

Azərbaycan Basketbol Liqası

VII tur
10 dekabr
12:00. “Şəki” - “Sabah” - 76:101 (28:19, 18:30, 18:29, 12:23)

Şəki Olimpiya İdman Kompleksi

Sabah BK

7

6

1

708:581 (+127)

13

NTD-İNDİQO

7

6

1

633:553 (+80)

13

Xəzri BK

7

6

1

595:536 (+59)

13

Neftçi İK

7

5

2

595:539 (+56)

12

Xırdalan BK

7

3

4

593:600 (-7)

10

Cəlilabad BK

7

3

4

601:611 (-10)

10

Sumqayıt BK

7

2

5

558:600 (-42)

9

Sərhədçi PİK

7

2

5

571:551 (-59)

9

Gəncə BK

7

2

5

616:678 (-62)

9

Şəki BK

7

0

7

487:629 (-142)

7

Qeyd edək ki, turda daha öncə NTD-İNDİQO “Neftçi”ni 93:71, “Sumqayıt” “Xəzri”ni 95:85, “Xırdalan” “Sərhədçi”ni 79:57, “Gəncə” “Cəlilabad”ı 114:108 hesabı ilə məğlub edib.

İdman.biz