Bu gün basketbol üzrə Azərbaycan çempionatında VII turun daha bir oyunu keçirilib.
İdman.biz xəbər verir ki, günün yeganə matçında “Cəlilabad” “Gəncə”ni qəbul edib.
Bölgə komandalarının dueli gərgin alınıb. Qonaqlar overtaymda qələbə qazanıblar.
Azərbaycan Basketbol Liqası
VII tur
9 dekabr
14:00. “Cəlilabad” - “Gəncə” - 108:114 (30:23, 15:29, 21:28, 24:10, OT 10:10, 8:14)
Cəlilabad Olimpiya İdman Kompleksi
|
Qeyd edək ki, turda daha öncə NTD-İNDİQO “Neftçi”ni 93:71, “Sumqayıt” “Xəzri”ni 95:85 və “Xırdalan” “Sərhədçi”ni 79:57 hesabı ilə məğlub edib. Son matçda isə “Şəki” “Sabah”ı sınağa çəkəcək.
İdman.biz