Dviçayo Avropa çempionatını "səkkizlik"də bitirib

Xəbərlər
12 Aprel 2024 21:06
Dviçayo Avropa çempionatını "səkkizlik"də bitirib

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında 1/4 finalda mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, o, fransalı Toma Junior Popova uduzub.

10:21, 13:21 hesabları ilə məğlub olan Edi qitənin ən güclü səkkizliyində yer almağı bacarıb. Bu uğur Dviçayoya 5040 reytinq xalı qazandırıb.

Qeyd edək ki, təmsilçimiz əvvəlki mərhələlərdə Dimitar Yanakiev (Bolqarıstan) və Miha İvançiçi (Sloveniya) 2:0, Maqnus Yohanneseni (Danimarka) isə 2:1 hesabları ilə məğlub edib.

İdman.biz