Azərbaycanlı məşqçi “Shuttle Time Trainer” sertifikatına layiq görülüb - FOTO

Xəbərlər
12 Mart 2024 22:47
Azərbaycanlı məşqçi “Shuttle Time Trainer” sertifikatına layiq görülüb - FOTO

Gənc məşqçi Cahid Əlhəsənov BWF (Dünya Badminton Federasiyasının) xətti ilə keçirilən “Shuttle Time Trainer” kursunu müvəfəqiyyətlə başa vurub.

İdman.biz xəbər verir ki, o, beynəlxalq məşqçilik sertifikatına layiq görülüb.

Cahid Əlhəsənov Albaniyanın Korça şəhərinda təşkil olunan kursda ən yüksək səviyyə sayılan “Trainer” sertifikatını əldə edib. Bu uğur ona “Shuttle Time Tutor” və “Shuttle Time Teacher” sertifikatları üzrə təlimləri keçmək hüququ qazandırıb.

Qeyd edək ki, Əlhəsənov yığmanın baş məşqçisi Morteza Validarvi və məşqçi Ürfan Rzabəylidən sonra “Trainer” sertifikatını əldə edən üçüncü mütəxəssis olub.

İdman.biz