Badminton yığması final mərhələsinə yüksələ bilməyib

Xəbərlər
10 Dekabr 2023 23:19
306
Badminton yığması final mərhələsinə yüksələ bilməyib

Kişi badmintonçular arasında Avropa çempionatının təsnifat mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması həlledici görüşdə Çexiya millisi ilə qarşılaşıb.

Praqada təşkil olunan turnirdə meydan sahibləri üstün olublar. Millimiz 1:3 hesabı ilə uduzub. Nəticədə Azərbaycan yığması Avropa çempionatinin final mərhələsinə yüksəlmək vəzifəsinin öhdəsindən gələ bilməyib.

Qeyd edək ki, təsnifat mərhələsinin qrupunda millimiz Norveç (4:1) və İrlandiya (3:2) komandalarını məğlub edərək, pley-offa vəsiqə qazanıb.

İdman.biz