II Liqa: "Şəmkir" və "Şirvan" qələbə qazanıblar

Xəbərlər
15 Sentyabr 2025 21:15
33
II Liqa: "Şəmkir" və "Şirvan" qələbə qazanıblar

Futbol üzrə Azərbaycan II Liqasında II turun oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib.

"Şəmkir" öz meydanında "Dinamo"ya, "Şirvan" isə səfərdə "Ağdaş"a qalib gəlib.

II Liqa, II tur

15 sentyabr

"Şəmkir" - "Dinamo" 3:0
Qollar: C.Rəhimli, 10, T.Məmmədzadə, 16, C.Rəcəbli, 22

"Ağdaş" - "Şirvan" 0:1
Qol: E.Xəlilli, 5
Qırmızı vərəqə: E.Vəliyev, 70 ("Ağdaş")

Turun dünən keçirilən oyunlarında "Xankəndi" "Quba"ya 4:0, "Sheki City" isə səfərdə "Araz Saatlı"ya 12:0 qalib gəlib.

İdman.biz