Jorj Kaşkilya: "Bu qələbə bizim üçün böyük qürurdur"

Xəbərlər
13 Sentyabr 2025 21:06
46
Jorj Kaşkilya: "Bu qələbə bizim üçün böyük qürurdur"

Komandamız güclü rəqibə qarşı mümkün qədər yaxşı çıxış etməyə çalışdı.

İdman.biz xəbər verir ki, “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 4-cü turunun “Sumqayıt”la oyunundan (1:0) sonra keçirilmiş mətbuat konfransında bu sözləri deyib.

"Bu gün çox gərgin və maraqlı oyun izlədik. Komandamız güclü rəqibə qarşı mümkün qədər yaxşı çıxış etməyə çalışdı. “Sumqayıt” çox keyfiyyətli futbolçulara malik komandadır və biz bu oyuna tam hazırlıqlı gəlmişdik.

Birinci hissədə qarşılıqlı hücumlarla bərabər oyun getdi. İkinci hissə daha da çətin keçdi, çünki oyunçular yorğunluq hiss edirdilər. Bununla belə, sona qədər mübarizə apardıq və qalibiyyət qolunu vurmağı bacardıq.

Bu qələbə bizim üçün böyük qürurdur. Çünki belə güclü hücum xətti olan komandaya qarşı oynamaq asan deyil. Bu nəticə oyunçularımızın zəhmətinin və əzmkarlığının göstəricisidir. İndi isə qarşıdakı oyunlara daha ciddi hazırlaşaraq azarkeşlərimizi sevindirməyə çalışacağıq”, - baş məşqçi bildirib.

İdman.biz

Məqalədə: