Kurban Berdıyev: "Lazımi nəticələri çıxarmışıq"

Xəbərlər
13 Sentyabr 2025 22:19
37
Kurban Berdıyev: "Lazımi nəticələri çıxarmışıq"

Güman etdiyimiz kimi, çətin oyun keçdi.

İdman.biz bildirir ki, bu sözləri Misli Premyer Liqasında "Qəbələ" ilə keçirilən oyundan sonrakı mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.

Qarşılaşma 1:0 tovuzluların qələbəsi ilə bitib.

“Qəbələ” çox yaxşı komandadır, sürətli hücumçuları var. Amma ikinci hissədə daha yaxşı oynadıq. Müəyyən, lazım olan nəticələri özümüz üçün çıxarmışıq. Müdafiə xəttini gücləndirmişik və demək olar ku, bərabər səviyyəli əvəzetmələrimiz var. Prinsipcə, komandaya kimləri dəvət etmişiksə, onlardan razıyıq. Amma istəyirdik ki, mərkəz müdafiəçisi də dəvət edək”, - Berdıyev bildirib.

İdman.biz