"İmişli" klubuna texniki məğlubiyyət verilə bilər

Xəbərlər
13 Sentyabr 2025 18:58
45
"İmişli" klubuna texniki məğlubiyyət verilə bilər

"İmişli" komandası Premyer Liqanın 4-cü turunda "Sumqayıt"la üz-üzə gəlib.

İdman.biz bildirir ki, oyun 1:0 hesabı ilə Aran komandasının xeyrinə başa çatıb.

Lakin bölgə klubu texniki məğlubiyyət ala bilər.

Belə ki, “İmişli”nin heyətində əvəzləmədən meydana çıxan İbrahim Əliyevin adı matçın protokolunda olmayıb.

Əliyev görüşün 68-ci dəqiqəsində Ezekiel Morqanın yerinə meydana daxil olub.

İdman.biz