“Qalatasaray” yığmamızın baş məşqçisini üzüb

Xəbərlər
25 Noyabr 2023 17:19
223
“Qalatasaray” yığmamızın baş məşqçisini üzüb

Qadınlardan futbolçulardan ibarət “Fomget” klubu Türkiyənin Superliqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun çalışdırdığı komanda 12-ci turda lider “Qalatasaray”ın qonağı olub.

Oyun “sarı-qırmızılar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, “Fomget”in mövsümdə ilk məğlubiyyəti olub.

12 turdan sonra Əsgərovun komandası 29 xalla turnir cədvəlində üçüncüdür. “Qalatasaray” 33 xalla lider, “Fənərbağça” isə 30 xalla ikincidir.

Emin Ağa

İdman.biz