“Səbail” layihəsini davam etdirir.
İdman.biz xəbər verir ki, cari mövsümdə klubun keçirdiyi hər ev oyunu ölkəmizin tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin beynəlxalq səviyyədə qeyd edilən müəyyən tədbirlərə həsr olunmaqdadır.
Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində bu gün, saat 18:30-da, “ASCO Arena”da keçiriləcək “Səbail” - “Kəpəz” matçı Qadın Zorakılığına Qarşı Mübarizə Gününə həsr ediləcək.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, hər il noyabr ayının 25-i bütün dünyada “Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü” elan olunub. 2000-ci il 31 oktyabr tarixdə isə təşkilatın Təhlükəsizlik Şurası qadın, sülh və təhlükəsizlik məsələləri ilə bağlı qətnamə qəbul edib, qadın zorakılığına qarşı beynəlxalq mübarizənin gücləndirilməsi, həmçinin Minilliyin Deklarasiyasında əksini tapıb. Qadın hüquqlarına daim yüksək hörmətin mövcud olduğu Azərbaycan Respublikası da bu kampaniyaya ilk qoşulan ölkələrdən olub, bununla bağlı Milli Məclis 2006-cı il dekabrın 21-də xüsusi bəyanatla çıxış edib.
İdman.biz