“Sumqayıt”ın baş məşqçisi: “Nəticədən narazıyam, amma komandamın oyunundan razıyam”

6 Sentyabr 2026 20:45
71
“Sumqayıt”ın baş məşqçisi: “Nəticədən narazıyam, amma komandamın oyunundan razıyam”

“Sumqayıt” futbol komandasının baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının dördüncü turunda “Turan Tovuz”a 1:2 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında nəticənin oyunun gedişinə uyğun olmadığını bildirib.

“Nəticədən narazı qalsam da, komandamın oyunundan razıyam. Oyundan-oyuna inkişaf edirik. Çox yaxşı qol epizodlarımız oldu, amma onları reallaşdıra bilmədik. “Turan Tovuz” kimi güclü komandaya qarşı belə imkanlardan istifadə etmək lazımdır”, - Kandido deyib.

O, ikinci qoldan sonra köməkçi məşqçilərlə hakimlər arasında yaranan gərginliyin sadə emosional vəziyyət olduğunu bildirib.

Kandido növbəti turda qarşılaşacaqları “Şamaxı”nı da güclü rəqib adlandırıb və komandasının bundan sonra daha yaxşı oynamağa çalışacağını vurğulayıb.

İdman.Biz