“Şəfa”, “Səbail” və “Baku Sportinq”dən qələbə

Xəbərlər
5 Noyabr 2025 20:41
25
“Şəfa”, “Səbail” və “Baku Sportinq”dən qələbə

Futbol üzrə Azərbaycan I Liqasında VI tura start verilib.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Lider “Şəfa” səfərdə “Mingəçevir” üzərində çətin qələbə qazanıb. İkinci yerdə gedən “Səbail” MOİK-i 1:0 üstələyib. “Baku Sportinq” isə “Cəbrayıl”dan güclü olub.

Tura sabah keçiriləcək iki görüşlə yükun vurulacaq.

I Liqa, VII tur, 5 noyabr

“Mingəçevir” – “Şəfa” 2:3
Qollar: S.Məmmədov, 32, K.Kalunqa, 80 - P.Azadov, 35, T.Quliyev, 45+2 (pen), A.Ebrahimzade, 90+1

“Baku Sportinq” – “Cəbrayıl” 2:0
Qollar: C.Muxtarlı, 37, E.Valiiev, 61

“Səbail” - MOİK 1:0
Qol: T.Əlizadə, 31

İdman.Biz