“Qarabağ”la matçda “Sumqayıt”ın futbolçusu üçün yubiley

Xəbərlər
11 Dekabr 2023 10:40
169
“Qarabağ”la matçda “Sumqayıt”ın futbolçusu üçün yubiley

“Sumqayıt”ın futbolçusu Murad Xaçayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.

25 yaşlı müdafiəçi “Qarabağ”la ev görüşündə şans qazanıb. 100 oyunda 6 qol vuran Xaçayev yalnız “Sumqayıt”da forma geyinib.

Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Murad 2018-ci il avqustun 18-də “Neftçi” ilə ev matçında (0:2) meydana çıxıb.

Qeyd edək ki, “Sumqayıt” bu oyunda 1:6 hesabı ilə uduzub.

İdman.biz