“Uğursuz seriyadan sonra qələbə qazanmaq xoşdur. Amma oyundan tam razı deyiləm”.
İdman.Biz bildirir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasında “Karvan-Yevlax”la oyundan sonra bildirib.
Qarşılaşma “Sumqayıt”ın böyükhesablı qələbəsi ilə bitib – 4:1.
“Tam heyəti yığmaqda problem yaşayırıq. Rəşidin zədəsi var, Rüstəm və Səbuhi milli komandada idilər. Bəzi gənc oyunçulara şans verdik. İndiki məqamda əsas məqsədimiz odur ki, optimal heyətlə bir neçə oyun oynayaq. Qışda bizə yeni oyunçular lazım olacaq. Mənim planlaşdırdığım oyunu bu gün tam olaraq görə bilmədik. Bəzi oyunçuların fərdi səhvləri oldu”, – İliç deyib.