Azər Həşimov: “Bütün rəqiblərə qarşı mübarizə aparacağıq”

Xəbərlər
18 Oktyabr 2025 22:09
51
Azər Həşimov: “Bütün rəqiblərə qarşı mübarizə aparacağıq”

“Rəqibin 3-cü qolu qırılma nöqtəsi oldu”.

İdman.Biz bildirir ki, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimov Misli Premyer Liqasında “Sumqayıt”la oyundan sonra deyib.

Qarşılaşma “Sumqayıt”ın 4:1 hesablı qələbəsi ilə qurtarıb.

“Bilirsiz ki, yeni komandayıq. Bütün rəqiblərə qarşı mübarizə aparacağıq. Həmişə dediyim kimi asan təslim olmayacağıq. Futboldur, belə şeylər olur. Vuruşursan, döyüşürsən, amma məğlub olursan. Ən yaxşısını etməyə çalışacağıq. Növbəti turda “Turan Tovuz”la qarşılaşacağıq. Xal və ya xallar qazanmağa çalışacağıq”, - baş məşqçi bildirib.

İdman.Biz