"Qarabağ" xal fərqini 4-ə yüksəldib - VİDEO

Xəbərlər
4 Dekabr 2023 21:24
931
"Qarabağ" xal fərqini 4-ə yüksəldib - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

İdman.biz xəbər verir ki, turun son oyun günündə çempion “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Qurban Qurbanovun yetirmələri uğurlu seriyanı davam etdirək, ardıcıl 4-cü qələbəsini qazanıblar. Ağdamlılar meydandan 3:0 hesablı qələbə ilə ayrılıblar. Ağdam klubu üç xal sayəsində turnir cədvəlində ən yaxın izləyicilərindən uzaqlaşıb. İndi "Qarabağ" ikinci pillədə qərarlaşan "Zirə"ni 4 xal qabaqlayır.

“Qəbələ”ni "Qarabağ"a qarşı uğursuz oyunlar seriyasına biri də əlavə olunub. Son 8 matçda “Qarabağ”la bacarmayan komanda bu dəfə uğursuzluq yaşayıb.

Qeyd edək ki, turun digər görüşlərində “Araz-Naxçıvan” “Səbail”lə 1:1, “Turan Tovuz” “Sumqayıt”la 2:2 hesablı heç-heçə oynayıb. “Sabah” səfərdə “Kəpəz”i 2:0, “Neftçi” isə evdə “Zirə”ni 1:0 məğlub edib.

Azərbaycan Premyer Liqası
XV tur
4 dekabr
19:30. “Qarabağ” – “Qəbələ” - 3:0
Qollar:
Hamidu Keyta, 7. Nəriman Axundzadə, 64. Olavio Juninyo, 90+1
Baş hakim: Tural Qurbanov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 7. Yassin Benzia, 17. Hamidu Keyta, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev
Tofiq Bəhrəmov adına Respublika Stadionu

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

15

10

2

3

36-13

32

2

Zirə

15

8

4

3

13-8

28

3

Səbail

15

6

5

4

23-22

23

4

Sumqayıt

15

6

5

4

15-15

23

5

Araz-Naxçıvan

15

6

4

5

17-16

22

6

Neftçi

15

6

4

5

16-13

22

7

Sabah

15

5

4

6

21-19

19

8

Turan Tovuz

15

4

4

7

22-23

16

9

Qəbələ

15

3

2

10

11-26

11

10

Kəpəz

15

2

4

9

7-26

10

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 10 qol, Aleksandr Ramalinqom ("Səbail") - 6 qol, Pedro Nuno ("Səbail"), Orxan Əliyev ("Araz-Naxçıvan") – hər ikisi 5 qol.

İdman.biz