“Çətin oyun oldu. İlk yarıda bərabərsəviyyəli oyun gedirdi. İkinci hissədə daha yaxşı idik. Futbolçularım döyüşkən ruh göstərdilər”.
İdman.biz xəbər verir ki, Azərbaycan Premyer Liqasının XV turunda “Zirə”yə qalib gələn “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis heyətlə bağlı danışıb. Mutu komandanın potensialına bələd olduğunu bildirib: “Keçən oyunla fərqli olaraq, iki dəyişiklik edildi. Adaptasiyam artıq bitir. Futbolçular da necə davranmalı olduqlarını bilməlidir. Bəzi oyunlara baxsaq, bəxtsizliklə qarşılaşmışıq. Bu komandanın potensialını bilirəm. Hücumçular geridədirlər. "Zenit"lə oyunda qalib gəldikdən sonra baxırsan ki, "Sumqayıt"a uduzursan. Bu, narahat edən məqamdır. Nəticələrdə davamlılıq olmalıdır”.
Qeyd edək ki, bu qələbədən sonra “Neftçi” xalını 19-a yüksəldib.
İdman.biz