Rəşad Sadıqov: “Yeganə hücumları qolla nəticələndi”

Xəbərlər
3 Dekabr 2023 19:48
237
Rəşad Sadıqov: “Yeganə hücumları qolla nəticələndi”

“Komandama təşəkkür etmək istəyirəm. Çox keyfiyyətli oynadıq. Uduzmaq istəməzdik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XV turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis oyuna nəzarət etsələr də, rəqibin qol vurduğunu qeyd edib. Sadıqov Rəhmanın başla fərqlənməsini gözlənilməz olduğunu bildirib: “Rəhmanın başla qol vurmasını nadir hallarda görürük. Yeganə hücumları qolla nəticələndi. Biz qol epizodları yaratdıq, amma top qapı xəttindən keçmək istəmirdi. Bu oyunu inkişaf etdirsək, mövsümün sonunda uğurlu nəticə əldə edə bilərik. Komandamın inkişafı məni sevindirir”.

Qeyd edək ki, “Zirə” səfər matçında Rəhman Hacıyevin qoluna mane ola bilməyib.

İdman.biz