Murad Musayev: “Ötən mövsümkü “Sabah”ı yaxınlarda görəcəksiz”

Xəbərlər
3 Dekabr 2023 18:09
261
Murad Musayev: “Ötən mövsümkü “Sabah”ı yaxınlarda görəcəksiz”

“İki ildir buradayam. Hakimlikdən heç də məmnun deyiləm. Bu gün də bərbad hakimlik oldu. Söz vermişəm ki, olanlara reaksiya verməyəcəm. Amma mümkün deyil. Onlara bir söz də demək olmaz. Hakimlər səhv edirsə, məni cəzalandırırlar".

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “Kəpəz” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra deyib.

Rusiyalı mütəxəssis səfərdə vacib 3 xal qazandıqlarını və qarşıda önəmli oyunlar olduğunu bildirib: "Çox vacib qələbə qazandıq. İki qol vurduqdan sonra üçüncü qolu vura bilmədik. Əsas olan qələbədir. Qarşıda çox önəmli görüşlər var. Həmin matçlara hazırlaşacağıq. Turnir cədvəlinə baxmaq istəmirəm. Son oyunlarda qələbələr bizə inam verir. Bu, oyunumuza təsir edə bilər. Futbolçular yaxşı məşq edirlər. Mənim üçün əsas oyun keyfiyyətidir. Bu olduqda nəticələr də gələcək. Ötən mövsümkü “Sabah”ı yaxınlarda görəcəksiz”.

Qeyd edək ki, “Sabah” XV turdan sonra xalının sayını 19-a yüksəldib.

İdman.biz