Azərbaycan millisinin futbolçusu Nazlıcan Parlak əməliyyat olunacaq.
İdman.biz-ə verilən məlumata görə, Türkiyə Superliqasının X turunda “Fənərbaxça” ilə matçda xəsarət alan “Qalatasaray”lının diz bağları qopub.
O, bu səbəbdən Millətlər Liqasında Kiprlə yığmamızın heyətində də yer almayıb. Parlak gələn həftə əməliyyat ediləcək.
Hüumçunun ən azı 9 ay meydanlardan kənar qalacağı bildirilir.
Qeyd edək ki, Parlak Manə Mollayeva ilə birlikdə milli komandamızın Millətlər Liqasında ən çox qol (2) vuran oyunçusudur.
Emin Ağa
İdman.biz