"Oyunun gərgin keçəcəyi məlum idi. Təəssüf ki, birinci hissədə iki ya üç hücum oldu, onun ikisi qol oldu”.
İdman.biz xəbər verir ki, bunu “Turan Tovuz”un baş məqşçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasında XV turun “Sumqayıt”la oyunundan sonra deyib.
Gənc mütəxəssis 2:2 hesabı ilə yekunlaşan qarşılaşmada azarkeşlərin dəstəyini qiymətləndirib. Abbasov fanatların komandanı ruhdan düşməsinə imkan vermədiyini bildirib: “Bizim də epizodlarımız oldu. Elə ilk dəqiqədə hesabı aça bilərdik. Bundan sonra bizim qapımızda qol oldu. 0:2-dən sonra fasilədə futbolçularıma bu oyunu davam etdirməyi tapşırdım. Ruhdan düşmədik, geri dönüş etdik. Qələbə də qazana bilərdik. Çox güc sərf etdik. Ümumiyətlə maraqlı oyun oldu. Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Komandaya ruh verdilər. Qələbə qazanmaq istəyirdik".
Qeyd edək ki, "Turan Tovuz" 15 oyundan sonra 16 xalla turnir cədvəlini 8-ci pilləsində qərarlaşıb.
İdman.biz