“Qəbələ” səfərdə böyük hesabla uduzub - YENİLƏNİB

Xəbərlər
29 Noyabr 2023 20:52
371
“Qəbələ” səfərdə böyük hesabla uduzub - YENİLƏNİB

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu Yunanıstanda “Olimpiakos”un qonağı olub.

Çempionlar yolunun II mərhələsinin cavab oyununda “qırmızı-qaralar” 0:4 hesabı ilə uduzublar. Qəbələdəki ilk matçda 0:3 hesablı məğlubiyyətə üzülən Famil Xəlilovun komandası səfərdə də eyni aqibəti yaşayıb.

UEFA Gənclər Liqası

Çempionlar yolu, II mərhələ
29 noyabr, cavab oyunu
19:00. “Olimpiakos” (Yunanıstan) - “Qəbələ” (Azərbaycan) - 4:0
Qollar:
Muzakitis, 15; 76 (pen.). Qatopulos, 56. Kutsoqulas, 90+3
Baş hakim: Ceymi Robinson
Pirey. Georgios Karaiskakis stadionu
İlk oyun – 3:0

Qeyd edək ki, “Qəbələ” 1-ci mərhələdə Macarıstan “Puşkaş Akademiya”sını mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.

İdman.biz