Rahid Əmirquliyev: “Molde” güclüdür”

Xəbərlər
29 Noyabr 2023 09:47
233
Rahid Əmirquliyev: “Molde” güclüdür”

“Qarabağ” komandasını noyabrın 30-da ağır səfər oyun gözləyir”.

Bunu İdman.bizə “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

34 yaşlı veteran futbolçu Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionunun noyabrın 30-da “Molde” ilə keçiriləcək görüşünü dəyərləndirib. Norveç təmsilçinin yaxşı futbol oynadığını vurğulayan Əmirquliyev bu qarşılaşmanın həlledici görüş olacağını bildirib: “Hər iki komanda eyni xala malikdir. Birinci oyunda “Qarabağ” minimal hesabla qələbə qazanıb. Ancaq rəqib də güclüdür. Düşünürəm ki, “Qarabağ” səfərdən sərfəli nəticə ilə evə dönəcək. Əlbəttə, qələbə qazansalar, yaxşı olar. Bu matç heç-heçə ilə bitsə belə, qrupdan çıxmaq şansımızı artırır”.

Qeyd edək ki, "Qarabağ" - "Molde" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Banuçiçək Hüseynli

İdman.biz