Qurban Qurbanov: "MOİK-lə Xankəndidə oynamaq ehtimalımız 90 faizdir"

Xəbərlər
28 Noyabr 2023 20:13
358
Qurban Qurbanov: "MOİK-lə Xankəndidə oynamaq ehtimalımız 90 faizdir"

"Kubok oyunumuzu Xankəndidə keçirilmək ehtimalı 90 faiz, bəlkə də daha azdır. Hələlik bizə yekun məlumat verilməyib".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/8 finalında MOİK-lə matçın Xankəndidə keçirilməsi ehtimalından danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, işğaldan azad olunan tarixi şəhərimizdə sevə-sevə oynayarlar: "Uzun illərdən sonra Xankəndidə yaxşı oyun, azarkeşlər önündə maraqlı futbol göstərmək istəyərdik. Hələ vaxta var. Qarşıdakı günlərdə yəqin ki, dəqiq məlumat olacaq".

Qeyd edək ki, "Qarabağ" MOİK-lə dekabrın 19-da qarşılaşacaq.

Emin Ağa

İdman.biz